Bir çox insanın Linux sistemlərinə keçmək istəməməsinin ən böyük səbəblərindən biri video redaktorların qeyri-adekvatlığı və çatışmazlığıdır. Düzdür, Windows və macOS sistemlərində daha çox video redaktə proqramı var, lakin KDenlive və DaVinci Resolve kimi Linux sistemlərində də istifadə edə biləcəyiniz bəzi gözəl proqramlar var.
Linux sistemlərində işləyən digər məşhur açıq mənbəli video redaktə proqramı OpenShot-dur. Bu çox platformalı video redaktoru Windows və macOS sistemlərində də işləyə bilər, beləliklə siz Linux-a keçməzdən əvvəl proqramı bu platformalarda təcrübə edə bilərsiniz.
OpenShot 3.0 ilə yeniliklər
- Təkmilləşdirilmiş sabitlik və yaddaş istifadəsi
- Təkmilləşdirilmiş real vaxt video oynatma performansı
- Zaman qrafiki və istifadə təkmilləşdirmələri
- Eyni anda birdən çox video və klip ixrac etmək imkanı
- Blender 3.3 dəstəyi
- 4K video və monitor dəstəyi (Yüksək DPI)
- Artan video format dəstəyi
- Yenilənmiş dil tərcümələri və tərcümə sistemi
OpenShot 3.0 versiyası haqqında daha ətraflı məlumat üçün Openshot rəsmi saytı yada Github versiyası qeydləri baxa bilərsiniz.